Bu kateqoriya alan şəxslər avtobus sürücüsü işləyə bilər - Ekspert

Bakıda avtobus sürücülərinə dair tələblərlə bağlı Nazirlər Kabinetinin qərarının bir müddəası neçə gündür ki, yanlış anlaşılaraq yayılmaqdadır.
Avtosfer.az xəbər verir ki, bunu nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov deyib. Ekspert bildirir ki, avtobus sürücüsü işinə qəbul üçün 2 (və ya 3) il staj lazım olması barədə yayılmış məlumatlar yanlışdır:
"Ümumiyyətlə, yeni təsdiq edilən sənəddə sürücü işləmək üçün heç bir yeni tələb yoxdur. Orada avtobus və taksi sürüclərinə aid tələblər indiyədək Yol hərəkəti haqqında və Avtomobil nəqliyyatı haqqında qanunlarda olduğu kimi təkrarlanır. Tələb belədir ki, şəxsin D, DE kateqoriyalı, yaxud D1 və D1E altkateqoriyalı vəsiqəsi varsa, o, hər hansı staji olmadan (yəni praktiki olaraq belə vəsiqəni aldığı gündən) avtobus sürücüsü kimi işə qəbul oluna bilər".
Ərşad Hüseynov qeyd edir ki, 2 illik staj taksi sürücüsü üçün tələb olunur ki, bu da başadüşüləndir: "Çünki yenicə B kateqoriyası alan və ömründə avtomobil sürməyən şəxsin taksi sürücüsü olması məqsədəuyğun deyil".
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












