Bu küçədə yenidənqurma işləri tamamlanmaq üzrədir - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində - Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir.
Avtosfer.az agentliyə istinadən xəbər verir ki, uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin edilməsi məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Hazırda mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, 5 metr enində yeni piyada səkilərinin tikintisi, eləcə də səki hissələrinin bəzək daşları (tamet) ilə örtülməsi işləri yekunlaşmaq üzrədir.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq, zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, yol cizgilərinin, yolgöstəricilərin və piyada zolaqlarının çəkilməsi işləri də aparılacaq. Küçənin sözügedən hissəsi yaxın müddətdə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq






















