Cəlilabadda bu yollar yenidən qurulur - FOTO - VİDEO

Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yollarının yenidən qurulmasına başlanılıb.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir. Uzunluğu 18 kilometr olan və uzun müddət təmir olunmadan istismarda olan bu yollar təbii amillərin təsiri nəticəsində yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulması zəruri hesab olunub. Yol 4-cü texniki dərəcəyə uyğun şəkildə təkmilləşdirilir. Genişliyi 10 metrədək artırılır ki, bu da 6 metr hərəkət hissəsini və hər iki tərəfdə 2 metr çiyin hissəsini əhatə edir.
Yol boyu torpaq işləri, qazma və əks-dolğu işləri aparılır, suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri sahələrdə isə müxtəlif diametrli yeni suötürücü borular quraşdırılır.
Layihənin 2,3 km-lik Zəhmətabad–Soltankənd hissəsində qeyd olunan işlər artıq yekunlaşıb. Hazırda həmin hissədə yol yatağının tikintisi işləri davam etdirilir.
Layihənin yekun mərhələsində yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin təhlükəsiz və səmərəli təşkili məqsədilə yol nişanlarının, siqnal dirəklərinin, kilometr göstəricilərinin və dayanacaqların quraşdırılması, eləcə də yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq






















