Cinayətkarları yaxalamağa imkan verən texnologiya hazırlanır

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyir. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur. Əvvəllər cinayətkarları ifşa etmək üçün məhkəmədə bu metodlardan uğurla istifadə edilib. Layihə insanın kimliyini hərtərəfli müəyyənləşdirmək üçün "sərt biometriya" (barmaq izləri) ilə "yumşaq biometriya"nı birləşdirəcək. Hazırda müxtəlif sahələri təmsil edən 5 min tədqiqatçı (anatomistlər, antropoloqlar, genetiklər, bioinformatiklər, qrafik mütəxəssislər və informasiya texnologiyaları mütəxəssisləri) birgə açıq mənbə kodlu proqramın yaradılması üzərində işləyir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












