DANX və BNA-ya yeni hüquq verilib - Taksi sürücülərinə dərs keçəcəklər

Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”də dəyişiklik edib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, dəyişiklik taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi ilə əlaqədardır. Qüvvədə olan əsasnaməyə əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil edilir və keçirilir.
Dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlıq Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil ediləcək və keçiriləcək.
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda da müvafiq dəyişiklik edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












