Dəmir yolu vağzallarında YENİLİK: "Bu, önəmli prosesdir"

Xəbər verdyimiz kimi, dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq.
Turizm eksperti Rəhman Quliyev bildirdi ki, bütün dünyada dəmiryolu turizmindən geniş istifadə olunur.
"Avropa ölkələrində sürətli qatarlarla yerli sakinlər bölgələrə səyahət edirlər. Bu gün Azərbaycanda ən təhlükəsiz nəqliyyat növü dəmir yoludur. Dəmir yolu artıq demək olar ki, ölkəmizdə bir çox istiqamətlərdə fəaliyyət göstərir. Qusar, Qəbələ, Şəki, Zaqatala, Balakən bölgələri və s. Turistlər həm rahat formada, komfortlu və sürətli olaraq səyahətlərini davam etdirə bilərlər".
Ekspert qeyd etdi ki, bu həm çox təhlükəsiz, eyni zamanda rahatdır.
"Bugünkü gün dəmir yolu vağzallarında belə informasiyaların yerləşdirilməsi turistlər üçün maarifləndirici rol oynayır. Bu, önəmli prosesdir. Dəmiryolu turizmini daha da genişləndirmək üçün müxtəlif vasitələrdən istifadə etməliyik. Gələcəkdə də belə layihələri daha önə çəkərək, turistlərin rahatlığını təmin etmək üçün daha vacib işlər görülməlidir", - deyə R.Quliyev vurğuladı.(redaktor.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












