Dünyanın ən böyük aeroportu istifadəyə veriləcək – FOTO

Pekindəki sayca üçüncü, dünyanın isə ən böyük aeroportu olacaq “Dasin” beynəlxalq hava limanı sentyabrın sonunadək istifadəyə veriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının sədri Fen Cenlin Pekində işə başlayan Çin Xalq Siyasi Məşvərət Şurasının illik iclası zamanı jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, hava limanında əsas tikinti-quraşdırma işləri başa çatıb. Hazırda binada interyerin tərtibatı, avadanlığın quraşdırılması və yoxlanışı həyata keçirilir. Bütün bu işlərin iyunun 30-dək başa çatdırılması planlaşdırılıb. Hava limanında sınaq uçuşları həyata keçirilib, uçuşların təhlükəsizliyi üzrə yoxlamalar aparılıb.
Qeyd edək ki, Pekinin cənub hissəsində, Xebey vilayətinin Lanfan şəhəri ilə kəsişmədə yerləşən "Dasin" hava limanının 2021-ci ilədək sərnişin ötürmə gücünün illik 45 milyona, 2025-ci ilədək isə 72 milyona, 2040-cı ildə isə 100 milyona çatması gözlənilir. Aeroportun əsas binasının dizayn layihəsi məşhur memar Zaha Hadidə məxsusdur. Ümumi sahəsi 1 milyon kvadratmetrə qədər genişləndiriləcək hava limanının ərazisində dünyada ilk dəfə sürətli dəmir yolu fəaliyyət göstərəcək. Aeroportun 4 uçuş-enmə zolağı ildə 620 min təyyarə qəbul edib, yola salacaq. Hava limanından həm daxili, həm də beynəlxalq uçuşlar həyata keçiriləcək.
Hazırda Pekində yalnız daxili uçuşların həyata keçirildiyi "Nanyuan" hava limanı və sərnişin ötürmə qabiliyyətinə görə ABŞ-ın Atlanta şəhərindəki Harstfild-Cekson hava limanından sonra ikinci olan "Paytaxt" beynəlxalq aeroportu fəaliyyət göstərir.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












