Fuad Məmmədov bu hospitala direktor təyin olundu

Zəfəran Hospitala yeni direktor təyin edilib.
Avtosfer.az xəbər verir ki, tibb müəssisəsinin direktoru vəzifəsinə Fuad Məmmədov gətirilib.
Fuad Məmmədov 2001–2010-cu illərdə media sahəsində, 2010–2022-ci illərdə rabitə və informasiya texnologiyaları sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, 2022–2026-cı illərdə isə özəl səhiyyə sahəsində rəhbər vəzifə tutub.
Qeyd edək ki, Fuad Məmmədov bundan əvvəl “Badam Medical Center”in baş direktoru olub. O, bir neçə gün əvvəl klinikadakı vəzifəsindən ayrıldığını açıqlamışdı.
Zəfəran Hospital rəhbərliyi yeni təyinatla bağlı bildirib ki, Fuad Məmmədovun idarəçilik təcrübəsinin tibb müəssisəsinin fəaliyyətinin daha da inkişafına və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi gözlənilir./BakuPost
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












