Kəmaləddin Heydərovdan texniki baxışla bağlı QƏRAR

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) texnoloji nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və texniki baxışının keçirilməsi ilə bağlı təlimatlara dəyişiklik edib.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN-in 5 oktyabr 2026-cı il tarixli qərarında qeyd olunub.
Dəyişikliklər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 17 mart 2026-cı il tarixli qanunun icrasının təmin edilməsi məqsədilə həyata keçirilib.
Qərara əsasən, FHN-in 23 fevral 2018-ci il tarixli iki qərarı ilə təsdiq edilmiş təlimatlara düzəlişlər edilib. Belə ki, texnoloji nəqliyyat vasitələrinin, eləcə də Nazirlər Kabinetinin müəyyən etdiyi digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və qeydiyyat üzrə uçota alınması ilə bağlı təlimatın 1.9-1-ci bəndinə “57.4-cü” sözlərindən sonra “57.6.3-cü” sözləri əlavə olunub.
Eyni dəyişiklik həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, baxış nəticələrinin sənədləşdirilməsi və hesabatının aparılmasına dair təlimatın 1.7-1-ci bəndində də edilib.
Qərarın icrasına əsasən, sənədin Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün üç gün müddətində Ədliyyə Nazirliyinə təqdim olunması, reyestrə daxil edildikdən sonra isə müvafiq qaydada ictimaiyyətə açıqlanması nəzərdə tutulub.
Qərarı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov imzalayıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












