“Map AYNA” sistemi yenilənib

Sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi yenilənib və funksionallığı artırılıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-a bildirilib ki, ictimai nəqliyyat barədə rəqəmsal informasiya “ayna.gov.az” internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanır.
Hazırda qeyd edilən platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər. Belə ki, sərnişinlər dayanacaq məntəqəsini seçərək həmin ərazidən keçən marşrutları görürlər.
Bununla yanaşı, sərnişinlər platformada yer alan “Rəy bildirin” funksiyasından istifadə etməklə marşrut xətti barədə təkliflərini və şikayətlərini də qeyd edə bilərlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












