Naxçıvandan Türkiyəyə şəxsi avtomobillə getmək istəyənlərin NƏZƏRİNƏ!

Yaxın aylarda Naxçıvandan şəxsi avtomobillərlə Türkiyəyə keçid üçün xarici pasport tələbinin tətbiq ediləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, hazırda biometrik şəxsiyyət vəsiqəsi ilə sərhədi keçmək mümkün olsa da, qaydalarda dəyişiklik edilə bilər.
Məsələ ilə bağlı açıqlama verən deputat Azər Allahverənov bildirib ki, Azərbaycan və Türkiyə arasında biometrik şəxsiyyət vəsiqələrinin tanınması artıq hüquqi müstəvidə təsdiqlənib və vətəndaşlar rahat şəkildə bu sənədlə qarşı tərəfə keçə bilirlər:
“Azərbaycan və Türkiyə arasında biometrik şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması razılaşdırılıb. Hazırda Azərbaycan vətəndaşları heç bir çətinliklə üzləşmədən biometrik vəsiqə ilə Türkiyəyə səfər edirlər. Eyni qayda ilə Türkiyə vətəndaşları da Naxçıvana daxil olur. Xarici pasport tələbinin ortaya çıxması barədə məlumatlar varsa, bunun səbəbləri dəqiqləşdirilməlidir. Ola bilər ki, sırf praktiki baxımdan müəyyən texniki və ya inzibati çatışmazlıqlar mövcuddur”.
O vurğulayıb ki, indiyədək bu istiqamətdə rəsmi və ya praktiki bir problem eşidilməyib:
“İstənilən halda belə bir tələb tətbiq olunarsa, bunun müvəqqəti xarakter daşıyacağını düşünürəm”.
Deputat həmçinin bildirib ki, bu kimi məsələlərdə tərəflər arasında koordinasiya vacibdir və hər hansı qərar vətəndaşların sərbəst hərəkətinə maneə yaratmamalıdır./bizim.media
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












