Nazim Hikmət küçəsindən Dairəvi yola çıxışda genişləndirmə işləri aparılıb - VİDEO - FOTO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam etdirilir.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Yasamal rayonu Nazim Hikmət küçəsindən Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış hissələrdə genişləndirmə işləri aparılıb.
Genişləndirmə işlərinin aparılmasında məqsəd sözügedən ərazidə nəqliyyat sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin hərəkət istiqamətlərinə uyğun dayanmadan dönüşünü təmin etməkdir.
Layihəyə əsasən hər iki istiqamət üzrə yol 2 hərəkət zolağı enində genişləndirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Ardınca asfaltlanma işləri icra olunub, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün genişlənmiş yolun kənarında piyada səkiləri inşa edilib.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə agentlik tərəfindən icra olunub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















