Nazir məşhur polis rəisinin qohumuna yüksək vəzifə verdi

Ədliyyə naziri Fərid Əhmədov məşhur polkovnik Nizami Qocayevin qardaşı oğluna yüksək vəzifə verib.
Avtosfer.az yeni.sabah-a istinadən xəbər verir ki, nazirin əmri ilə N.Qocayevin qardaşı oğlu Anar Qocayev Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi təyin edilib.
A.Qocayev uzun illərdir adıçəkilən nazirliyin sistemində işləyir. O, əmək fəaliyyətinə “nadzor” kimi başlayıb, sonradan Səbail rayon İcra və probasiya şöbəsinin rəisi olub.
Qeyd edək ki, Anar Qocayevin atası Eldar Qocayev Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Texniki Universitetinin mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor olub.
Nizami Qocayev Azərbaycan daxili işlər orqanlarının məşhur zabitlərindən olub. O, Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi postunda çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.
Bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına qayıdıb. Daha sonra İsmayıllı Rayon Polis Şöbəsinin rəisi və Gəncə şəhər Məhkəmə Qərarları İcrası Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












