Nazir ona vaxtından əvvəl xüsusi rütbə verdi

Ədliyyə Nazirliyində yüksək vəzifəli şəxsə vaxtından əvvəl xüsusi rütbə verilib.
Ədliyyə naziri Fərid Əhmədov bununla bağlı müvafiq əmr imzalayıb.
Avtosfer.az xəbər verir ki, əmrə əsasən, Əliyyə Nazirliyinin Notariat, qeydiyyat və reystr baş idarəsinin rəisi Elşad Eldar oğlu Məmmədliyə vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi verilib.
Sənəddə qeyd olunur ki, bu yüksək rütbə Elşad Məmmədliyə xidməti vəzifələrini nümunəvi icra etdiyinə və baş idarənin fəaliyyət istiqamətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi sahəsində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırma qaydasında verilib.
Eyni zamanda, nazirliyin Maliyyə və təminat idarəsinə əmrin 1-ci bəndinə əsasən müvafiq əlavənin ödənilməsi, İnsan resursları idarəsinə isə məlumatlandırma işlərinin həyata keçirilməsi tapşırılıb./nocomment
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR












