Neftçalada istehsal olunan bu avtomobillər satışa çıxarılıb

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri satışa çıxarılıb. Bu barədə "Azərmaş" ASC-nin mətbuat xidmətinin rəhbəri Günay Namidar məlumat verib. “Peugeot” markalı avtomobilin nağd qiyməti 17 500 manatdır. İlkin olaraq bu avtomobillər daxili bazara çıxarılıb. Bununla yanaşı, bu avtomobillərin xaricə ixraci istiqamətində də işlər aparılır”, - deyə Günay Namidar bildirib.
Qeyd edək ki, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur.
Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib. Zavodun illik istehsal gücü 10 min avtomobildir. Ötən dövrdə müəssisədə mindən çox “Khazar” avtomobili istehsal olunub və satılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












