Nərimanovda 12 km uzunluğa malik küçə və yollar təmir edilir - FOTO

Nərimanov rayonunda 12 km uzunluğa malik küçə və yollar təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. Təmir-bərpa işləri ümumi uzunluğu 12 km olan küçə və yolların 50 min kv.m-ə yaxın sahəsini əhatə edir.
Bu, “Böyük Şor” və “Daş karxanası” yaşayış sahələrinin 4.5 km uzunluğa malik yolları, həmçinin 2.5 km uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəmənli küçələrinin bir hissəsi, bundan başqa ümumi uzunluğu 5 km olan Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır.
Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri bitib.
Küçə və yollar boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, mövcud piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.
Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.
Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
Namiq
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO































