Ödənişli yolda YENİLİK

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Avtosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları bu ilin yanvar ayında quraşdırılmışdı.
Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb.
Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır.
Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












