Ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün sürətli keçid kartının satışına başlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, sürətli keçid kartını Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı "ASAN xidmət" mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.
Sürətli keçid kartını əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.
Sürətli keçid kartı içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur.
Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.
Sürətli keçid kartının istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytına müraciət edə bilərsiniz.
Kartın balansını satış məntəqələrində və ya onlayn şəkildə artırmaq mümkündür.
Onlayn balans artırmaq üçün:
1. www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olun.
2. "Balans artırma" bölməsinə keçid edin.
3. Sürətli keçid kartının alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, hesabınıza daxil olun.
4. Bank kartı vasitəsilə ödəniş edin.
Balans artırma və Sürətli keçid kartının satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.
Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.
Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az veb-saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.
Qeyd edək ki, 1 ay ərzində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm sürətli keçid kartı əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq. Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız sürətli keçid kartının sahibləri istifadə edə biləcəklər.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












