Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar

Xəbər verdiyimiz kimi, Azərbaycanda ödənişli avtomagistrallarda hərəkət edən nəqliyyat vasitələri üçün yeni sürət hədləri müəyyən edilir. "Yol hərəkəti haqqında” və "Avtomobil yolları haqqında” qanunlara təklif olunan dəyişikliklər Milli Məclis tərəfindən III oxunuşda qəbul edilib və yeni qaydalara əsasən minik avtomobilləri üçün ödənişli yollarda maksimal sürət 130 km/saat, bəzi digər nəqliyyat vasitələri üçün isə 90 km/saat olaraq müəyyənləşdirilib.
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ödənişli yollarda sürət həddinin 130km/ saat olması zəruri idi:
"Azərbaycanda magistral yollarda icazə verilən maksimal sürət həddi 110 km/saat müəyyən edilib. Yenilik olaraq ödənişli yollar da istifadəyə verilib. Ödənişli yolların keyfiyyəti və rahatlığı daha yüksək olduğuna görə burada sürət həddinin artırılması ilə bağlı müzakirələr aparılırdı. Bu müzakirələrin nəticəsi olaraq artıq parlamentdə qərar qəbul edilib ki, ödənişli yollarda maksimal sürət həddi 130 km/saata qaldırılsın”.
Ekspert deyib ki, ödənişli yollarda sürət həddindən bəzi sürücülər istifadə edir:
"Yol şəraiti imkan verirsə, bu sürətlə hərəkət etmək mümkündür. Lakin bəzi sürücülər bundan sui-istifadə edir, hətta 150 km/saatdan artıq sürətlə hərəkət edərək görüntüləri sosial şəbəkələrdə paylaşırlar. Polis belə hallarla bağlı tədbirlər görür və maarifləndirici iş aparır, lakin buna baxmayaraq, bəzi sürücülər sürətə meyilli olduqlarını gizlətmirlər”.
E.Muradlı qeyd edib ki, ödənişli yollarda radarlar olmasa, sürücələr daha təhlükəli sürətlə hərəkət edərlər:
"Sürətin nə qədər təhlükəli olduğunu unutmaq olmaz. Çünki yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin əsas səbəblərindən biri məhz sürət rejiminin pozulmasıdır. Bu baxımdan məsələyə çox ciddi yanaşmaq lazımdır. Radarların mövcudluğu isə problem deyil, çünki bu, beynəlxalq təcrübədə də qəbul olunmuş yanaşmadır. Yəni, hər hansı ərazidə yüksək sürət rejimi tətbiq olunursa, orada mütləq şəkildə nəzarət mexanizmləri də qurulmalıdır. Əgər nəzarət olmasa, sürücülər müəyyən olunmuş 130 km/saat həddinə deyil, daha təhlükəli sürətlə hərəkət edə bilərlər”./azxebercom
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR










