Olqa Ruhullayeva: "Rusiya ilə sərhəddə yeni avtomobil yolu tikiləcək"

Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində Samur çayı üzərindən avtomobil körpüsünün 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib. O, "Yaraq Qazmalar" buraxılış məntəqəsi yaxınlığında iki ölkəni birləşdirən halqa yaradılacağını qeyd edib: "Gələcəkdə inşası nəzərdə tutulan Tahirkənd – Qazmalar arasında dolama avtomobil yolu sahəsində hazırda Yaraq Qazmalar üzərindən hərəkət edən nəqliyyat, o cümlədən gündəlik 300-dək yük nəqliyyat vasitəsi yeni istiqamətə yönəldiləcək".
Nazir müavini "Yaraq Qazmalar" buraxılış məntəqəsinin yenidən qurulması nəticəsində sərhəddə buraxılış gücünü artırmağı, bununla da Azərbaycan və İran da daxil olmaqla beynəlxalq və regionlararası iqtisadi ticari əlaqələri daha da gücləndirməyi hədəflədiklərini vurğulayıb. Qeyd edək ki, Samur çayı üzərində inşa edilən 325 metr uzunluğundakı yeni körpü 1957-ci ildə tikilmiş mövcud körpünü əvəzləyəcək. Tikinti layihəsinin dəyəri 1,2 milyard rubldur. Körpüyə yanalma yollarını hər ölkə özü çəkəcək.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












