Ordubadın yeni icra başçısı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, icra başçısı təyin olunan Nurlan Hacıyev Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri idi. O bu vəzifəyə ötən ilin avqust ayında təyinat almışdı.
41 yaşlı N.Hacıyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayıb. Sonrakı illərdə o, "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












