Orta Dəhliz üçün hazırlanmış rəqəmsal platforma istifadəyə verilib

“Global DTC Pte Ltd” şirkətinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üçün hazırladığı rəqəmsal platforma rəsmi şəkildə istifadəyə verilib.
Avtosfer.az "Report"a istinadən xəbər verib ki, bunu şirkətin baş direktorunun müavini Alua Satıbaldiyeva "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.
"Biz Asiya və Avropa arasında yük daşımalarını asanlaşdırmaq məqsədilə ticarət dəhlizi üçün rəqəmsal platforma yaratmışıq. Platformamızın əsas funksiyaları marşrutun bütün iştirakçıları üçün kollaborativ ekosistem formalaşdırmaq, elektron gömrük rəsmiləşdirilməsini dəstəkləməkdən ibarətdir. Bura həmçinin tarif və sifarişlərin idarə edilməsi modulu, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, real vaxt rejimində konteynerlərin izlənilməsi və monitorinqi sistemi daxildir", - o bildirib.
Baş direktor müavininin sözlərinə görə, indi ekspeditorlar, yükgöndərənlər və alıcılar onların nömrələrini sistemə daxil etməklə öz konteynerlərinin yerini izləyə biləcəklər: “Bu, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçən bütün marşrut üzrə daşımaların şəffaflığını təmin edəcək”.
A.Satıbaldiyeva əlavə edib ki, şirkət artıq platformanı Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu sistemləri ilə inteqrasiya edib.
"Qarşıdakı planlara Aktau limanı ilə inteqrasiyanın başa çatdırılması daxildir ki, bu da konteynerlərin statusunu və gecikmələrin səbəblərini izləməyə imkan verəcək. Növbəti mərhələ Azərbaycanda Ələt limanının qoşulması, eləcə də Gürcüstanın bütün terminallarını birləşdirəcək milli liman sistemi ilə inteqrasiya olacaq", - o bildirib.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












