Paytaxtda iki yeni düyməli piyada svetoforu quraşdırıldı - VİDEO

Bakıda iki küçədə yenilik tətbiq edilib.
Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi iki yolda düyməli piyada işıqforları quraşdırılıb.
Belə ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasının qarşısında və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (“Azure” Biznes Mərkəzinin qarşısı) piyadalar və avtomobillər arasında hərəkət növbəliliyi olmadığından nəqliyyat sıxlığı və qəza şəraiti yaranırdı.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hər iki piyada keçidində 4 ədəd LED işıqlandırma ilə təchiz olunan düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib. Nəticədə həm hərəkət növbəliliyi təmin olunub, həm də qəza şəraiti aradan qaldırılıb.
Hazırda digər ərazilərdə olan piyada keçidlərində də nəqliyyat və piyada intensivliyi nəzərə alınaraq svetoforların quraşdırılması işləri aparılır.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












