Qaradağda 4 küçənin təmiri yekunlaşıb - FOTO

Qaradağ rayonunda təmir-tikinti işləri çərçivəsində artıq 2.2 km uzunluğa malik 4 küçənin 15 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu, uzunluqları 1.2 km olan rayonun Müşfiqabad qəsəbəsinin “1-ci massiv-A” və “1-ci massiv-B” küçələri, həmçinin 600 metr uzunluğa malik “2-ci massiv” küçəsi, bundan başqa Lökbatan qəsəbəsində 450 metr uzunluğunda olan Seymur Orucov küçəsidir.
Sadalanan küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb, yağış barmaqlıqları yenilənib, zəruri yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeni səki daşları düzülüb.
Hazırda isə cari təmir işləri Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsində 1.3 km uzunluğa malik 28 may küçəsində, orta təmir işləri isə Lökbatan qəsəbəsinin 700 metr uzunluğa malik Nizami və Musəvi küçələrində aparılır. Cari və orta təmir işləri aparılan ərazinin sahəsi 15 min kv.m-ə yaxındır.
Sözügedən küçələr ümumi istifadədə olan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçələrdir ki, xüsusən payız-qış mövsümündə küçələrlə vətəndaşların hərəkətində problemlər yaşanırdı. İşlərin aparılması ilə bu problemlər aradan qalxacaq.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq, Qaradağ rayonunun Lökbatan, Korgöz və Qobustan qəsəbələri üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.
Belə ki, yaxın müddət ərzində Korgöz qəsəbəsində 1.4 km uzunluğa malik və mərkəzi küçəni 197 saylı orta məktəblə birləşdirən küçədə, həmçinin Lökbatan qəsəbəsinin 1.3 km uzunluğa malik Nizami və Seymur Orucov küçələrinin kəsişməsində, bundan başqa qəsəbənin “6-cı massiv” yaşayış sahəsinin 1 km uzunluğa malik 5-ci küçəsində təmir-tikinti işlərinə start veriləcək. Təmir işlərinin aparılacaq ərazinin sahəsi 30 min kv.m-ə yaxındır.
Təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Namiq
Prezident sürücülük vəsiqəsi ilə bağlı QANUN İMZALADI
Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
























