Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir

Türkiyənin İstanbul şəhərinin rəhbərliyi taksi sürücülərinin fəaliyyətinə nəzarət etmək üçün pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməyə başlayıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul Taksi Sürücüləri Palatasının İdarəetmə Şurasınnı üzvü Güngör Petek "RIA Novosti"yə bildirib.
Onun sözlərinə görə, PUA-lar ən çox şikayətlərin daxil olduğu rayonlarda tətbiq edilir.
Nəzarətin gücləndirilməsi zərurəti növbəti səs-küylü qalmaqaldan sonra yaranıb. İyunun əvvəlində istanbullu taksi sürücüsü əcnəbi bloqeri aldadaraq, onun kartından gediş haqqından 20 dəfə çox - 160 dollardan artıq vəsait çıxarıb. Sürücü həbs olunub, İstanbul Taksi Sürücüləri Palatası isə onu taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün verilən lisenziyadan məhrum edib.
"Biz mütəmadi olaraq belə qəfil yoxlamalar keçiririk, indi isə qayda pozuntularında adı keçən avtomobilləri nömrələri üzrə daha səmərəli şəkildə izləmək üçün PUA-lardan da istifadə edirik", - deyə Petek bildirib.
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












