Ramil Səfərovun polkovnik rütbəsində yeni FOTOsu

Azərbaycanın ən çox tanınan hərbçilərindən olan Ramil Səfərovun polkovnik hərbi rütbəsində yeni fotosu yayılıb.
Avtosfer.az xəbər verir ki, görüntülərdən məlum olur ki, Ramil Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır.
O, institutda tədris fəaliyyəti ilə məşğul olur, gələcək zabitlərin hazırlanması prosesində iştirak edir.
Bununla yanaşı, Ramil Səfərov Milli Müdafiə Universitetinin elmi nəşri olan “Milli Təhlükəsizlik və Hərbi Elmlər” jurnalının məsul katibi vəzifəsini icra edir. Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunan jurnalın 2025-ci il 2-ci sayında redaksiya heyətində “Məsul katib – polkovnik Ramil Səfərov” qeydi yer alıb.
Qeyd edək ki, sözügedən jurnal Milli Müdafiə Universitetinin təsisçiliyi ilə nəşr olunur və milli təhlükəsizlik, hərbi elmlər sahəsində elmi tədqiqatların nəticələrinin dərc edildiyi elmi-praktik nəşrdir. Jurnal həmçinin Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər siyahısına daxildir.
Xatırladaq ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. O, 1991-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub, daha sonra hərbi təhsilini Türkiyədə davam etdirərək Maltepe Hərbi Liseyini və Quru Qoşunları Məktəbini bitirib.
2004-cü ildə NATO proqramı çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən ingilis dili kurslarına ezam olunan Ramil Səfərov həmin il baş vermiş hadisəyə görə Macarıstanda ömürlük azadlıqdan məhrum edilib.
31 avqust 2012-ci ildə Azərbaycana ekstradisiya olunan Ramil Səfərov elə həmin gün Prezident tərəfindən əfv edilib. Sonrakı illərdə ona əvvəlcə mayor, daha sonra polkovnik-leytenant hərbi rütbəsi verilib. Hazırda isə Azərbaycan Ordusunda polkovnik hərbi rütbəsini daşıyır.(Bakıvaxtı.az)

Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO












