Sərnişindaşımada yeni sistem - Ölkə üzrə bütün nəqliyyatda yalnız bir bilet olacaq

Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər”.
N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq: “Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumi şəkildə biletlərin alış-satışına nəzarət edə bilir. Lakin elə hallar olur ki, avtobus sahibləri çox sayda bilet alaraq süni şəkildə qiyməti qaldırırlar. Bu cür halların qarşısını almaq üçün avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq”.
Mətbuat katibi əlavə edib ki, vahid bilet sisteminin tətbiqi şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətini birləşdirəcək: "Yəni paytaxtdan hansısa bölgəyə və yaxud hansısa rayondan Bakıya gələcək şəxslər vahid biletdən istifadə edə biləcəklər. Buna vahid kart da demək olar. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












