Sürücü və piyadaların işi asanlaşır - Yeraltı yol ötürücüsü tikilir - VİDEO

Bakıda daha bir yolda sürücülərin işi asanlaşır. Avtosfer.az-ın məlumatına görə, söhbət Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən Keşlə dəmiryolu stansiyası istiqamətinə gedən yoldan gedir.
Dəmiryolu keçidində qatarın və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, tikinti ilə əlaqədar yolda sürücülərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Əvvəllər qatarlar həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürücülər qatarın getməsini gözləməklə bir müddət vaxt itirməli olurdu. Bununla yanaşı, piyadaların da dəmiryolu xəttini keçməsi təhlükə yaradırdı. Ancaq yeni tunelin tikintisindən sonra bu kimi problemlər yaşanmayacaq.
Ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılırması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












