Sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək

Azərbaycanda beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlıq keçməsinə dair sənəd veriləcək. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik təklif edilir. Belə ki, qanun layihəsinin 50.5-ci bəndi yeni redaksiyada verilir: “Operatorun məsul şəxsi (şəxsləri), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlığın keçirilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir. Tədrisin nəticələrinə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sənəd verilir”.
Bundan əlavə, qanun layihəsinə aşağıdakı kimi yeni – 55.6-cı bənd əlavə edilir: Operatorun işgüzar nüfuz, maliyyə vəziyyəti və peşəkarlıq səriştəsi ilə bağlı meyarları, sürücülərin hazırlıq səviyyəsinə dair tələblər, habelə operatorların uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və ya yük daşımalarına buraxılış qaydaları ilə müəyyən edilir.
Qanun layihəsinə dəyişikliklər birinci oxunuşda Milli Məclisin növbədənkənar xüsusi sessiyasının iyunun 27- i və 28-i keçiriləcək plenar iclaslarında müzakirə ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












