Sürücülük vəsiqələrindən plastik kart kimi istifadə oluna bilər - EKSPERT

Azərbaycanda “Sürücülük vəsiqəsinin təsviri”, “Sürücülük vəsiqəsinin spesifikasiyası”, “Sürücülük vəsiqəsinin nümunəsi” təsdiq edilib. Avtosfer.az xəbər verir ki, bununla bağlı sənədləri Baş nazir Novruz Məmmədov imzalayıb.
Məsələ ilə bağlı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Elməddin Muradlı Avvtosfer.az-a bildirib ki, əvvələr bizdə sürücülük vəsiqəsi Avropa Konvensiyasına tam uyğun deyildi. "Vəsiqədə yazılar ingilis dilində təkrarlanmırdı. Amma yeni qaydalara görə, kateqoriyalar ardıcıl göstərilməli, alt kateqoriyalar ayrıca qeyd olunmalıdır. Bundan başqa xüsusi qeydlər bölməsi yaradılmalıdır. Həmçinin yazılarda yeniliklər var. Belə ki, bəzi hərflər var ki, ə, ı, ü, ö, ğ kimi onlar xarici dillərdə istifadə olunmur. Buna görə də sürücülər əziyyət çəkirdi. Çünki xaricdə yol polisi onları saxlayanda vəsiqəni oxuya bilmirdi.
Eyni zamanda xüsusi qoruyucu detallar da olmalıdır ki, saxtası hazırlana bilməsin. Yəni təhlükəsizlik baxımından da etibarlı olmalıdır. Həmçinin çip formasında da informasiyalar öz əksini tapır ki, bununla da istənilən sistemdə vəsiqəni yoxlamaq mümkün olsun."
Ekspert qeyd edib ki, gələcəkdə bu sistem yeni imkanlar aça bilər. "Düşünürəm ki, yeni qaydalar tam tətbiq olunsa biz gələcəyə sürücülük vəsiqələrindən plastik kart kimi istifadə edə bilərik. Çünki dünyada bu praktika var. Sürücülük vəsiqəsi plastik kart kimi istifadə olunur. Yəni onda bir çox digər funksyalar da olur. Düşünürəm ki, Baş Dövlət Yol Polisi İdarəsi gələcəkdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi ilə bu sahədə əməkdaşlıq qurub bu praktikanı tətbiq edə bilər ki, uğurlu bir məsələ olar."
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












