Taksilər üçün yeni tələblər müəyyən edilir - Qiymətlər dəyişəcək?

Müntəzəm və taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin texniki göstəriciləri, eləcə də daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb. Bəs bu qərar taksi qiymətlərinə təsir edəcək?
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırkı mərhələdə qiymət artımına səbəb olacaq konkret amil yoxdur. Onun sözlərinə görə, Baş nazirin tapşırığı əsasən avtomobillərin daxili və xarici tərtibatının tənzimlənməsinə yönəlib: "Buraya sürücü haqqında məlumat lövhəsinin olması, POS-terminalın quraşdırılması, avtomobilin səliqəli və təmiz saxlanılması, xarici görnüşündə əzik və zədələrin olmaması, həmçinin avtomobilin istehsal ili kimi məsələlər daxildir".
Ekspert qeyd edib ki, hazırda qüvvədə olan qaydalar tətbiq olunur və yeni təkliflərin necə hazırlanacağı, müzakirə ediləcəyi və qəbul olunacağı iki aylıq müddətdən sonra məlum olacaq.
E.Muradlının sözlərinə görə, hazırda Bakıda qeydiyyatdan keçmiş 41-42 min taksi var və onların sayının 25 minə endirilməsi nəzərdə tutulur: "Uyğun olmayan avtomobillər bazardan çıxarılacaq, tələblərə cavab verənlər isə fəaliyyətini davam etdirəcək. Bu çərçivədə buraxılış kartı verilməyən və ya ləğv olunan sürücülərlə bağlı mübahisələrin yaranması da istisna deyil. Ona görə də qaydaları hazırlayan qurumlar maksimum diqqətli olmalıdırlar"./day.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












