Tehran-Ankara-İstanbul sərnişin qatarı istifadəyə verilə bilər

İran paytaxtı Tehrandan Türkiyənin Van şəhərinə sərnişin qatarına maraq yüksək olduğu halda, növbəti mərhələdə Tehran-Ankara-İstanbul sərnişin qatarı istifadəyə verilə bilər.
Avtosfer.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolları Şirkətinin icra direktoru Cabbarəli Zakeri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehran-Van sərnişin qatarı 9 martdan etibarən işə başlayacaq və həftədə iki dəfə Tehrandan Vana və əks istiqamətdə sərnişin daşıyacaq.
Zakeri bildirib ki, bu sərnişin qatarının yenidən istifadəyə verilməsində məqsəd Novruz bayramı ərəfəsində sərnişinlərin səfərlərini asanlaşdırmaqdır.
“Tehrandan İran-Türkiyə sərhədinə qədər İran lokomotivi ilə qatar hərəkət edir. Sərhəddə Türkiyə lokomotivi vaqonları təhvil alır və Vana hərəkət edir.
(trend)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












