Telefon tutacağından istifadə edənlər 1200 manat cərimə ediləcək – YENİ QANUN

Türkiyədə yol hərəkəti qaydaları ilə bağlı yeni dəyişikliklər qüvvəyə minib və sürücülər üçün cərimələr əhəmiyyətli dərəcədə sərtləşdirilib.
Avtosfer.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi tərəfindən Yol Hərəkəti Qanununa edilən son dəyişikliklərə əsasən, sürücünün diqqətini yayındıran və görmə sahəsini məhdudlaşdıran cihazlardan istifadə ciddi pozuntu kimi qiymətləndiriləcək. Yeni qaydalara görə, bu cür hallara yol verən sürücülər 21.000 türk lirəsi(1.200 manat) məbləğində cərimələnəcək, nəqliyyat vasitəsi isə 30 gün müddətinə cərimə meydançasına yerləşdiriləcək.
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Dəyişikliklər yalnız texniki qurğularla məhdudlaşmır. Qanunsuz şəkildə istifadə olunan telefon tutacaqları, əlavə ekranlar və digər oxşar avadanlıqlar da nəzarətə götürüləcək. Eyni zamanda, avtomobildə yüksək səslə musiqi səsləndirərək ictimai asayişi pozan sürücülərə qarşı da tədbirlər sərtləşdirilib. Bu qayda pozuntusuna görə 3000 türk lirəsi (165 manat) məbləğində cərimə nəzərdə tutulur.
Qanuna edilən dəyişikliklər çərçivəsində sükan arxasında mobil telefondan istifadə, təhlükəsizlik kəmərinin taxılmaması, eləcə də yol-nəqliyyat hadisəsi yerini tərk etmək kimi pozuntulara görə də cərimələr artırılıb.
Rəsmi qurumlar bildirirlər ki, yeni tədbirlərin əsas məqsədi sürücülərin diqqətini yayındıran amilləri minimuma endirmək və yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır. Bu istiqamətdə qarşıdakı dövrdə nəzarətin daha da gücləndiriləcəyi gözlənilir.
Eltac Zülfüqaroğlu
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












