Üç qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də vətəndaşların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir ki, bu çərçivədə Bakı şəhərinin mühüm nəqliyyat arteriyası hesab olunan yolların yenidənqurmasını davam etdirilir. Bakı şəhərində bu il yenidən qurulması nəzərdə tutulan bu cür yollardan biri də Sabunçu rayonu Bakixanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən avtomobil yoludur. Sözügedən yolun uzunluğu 5.1 km-dir. Yolun 1.6 km-i 4 hərəkət zolaqlı olmaqla eni 20 m, 3.5 km-i isə 2 hərəkət zolaqlı olmaqla eni 8 m-dir. Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır. Əks-dolğu işlərinin aparıldığı ərazilər isə hamarlayıcı lay asfalt-beton örtüyü döşənməklə profilə salınır. Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanılacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada 5200 kv.m sahədə bərpa olunur, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv.m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.
Bakı şəhərinin iki rayonun Bakıxanov, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən yol sözügedən qəsəbələrdə yaşayan vətəndaşların istifad etdiyi əsas yol olduğu üçün yenidən qurulması ehtiyac var idi. Çünki yol uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu təmir-tikinti işləri aparılır.
Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə yol boyu görülən bu işlər yekunlaşdıqdan sonra bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti təmin olunacaq.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO


















