Yasamal rayonunda bu küçə təmir olunur - FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhərində yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan küçələrdə təmir-tikinti işləri həyata keçirilir. Bu cür küçələrdən biri də Yasamal rayonu Süleyman Dadaşov küçəsinin bir hissəsidir. Belə ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Süleyman Dadaşov küçəsinin Ayna Sultanova və Seyfəddin Dağlı küçələri arasında yerləşən 220 metrlik hissəsi təmir edilir. Təmir işləri zamanı köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə yol əsası bərkidilir, yol boyu mövcud piyada səkiləri bərpa olunur, kənarlarına isə yeni səki daşları düzülür. Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq. Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Fidan
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR


















