Yaxın günlərdə qatar Bakı kəndlərindən də keçəcək - VİDEO

“Bakı sərnişin-Sabunçu dəmir yolu xəttinin sərnişinlərin istifadəsinə veriləcəyi tarix hələ müəyyənləşməyib. Hazırda qatarların hərəkət cədvəlinin tərtibi istiqamətində işlər gedir”. Avtosfer.az xəbər verir ki, bunu “Qafqazinfo”ya “Azərbaycan Dəmir Yolları” QSC-nin maşinist təlimatçısı Nazim Əmiraslanov deyib. O, bildirib ki, ötən gün Sabunçu, Bakıxanov və Keşlə dayanacaqlarının açılışı olub: “Ümumiyyətlə, gələcəkdə birbaşa Sabunçu stansiyasına qatarlarımız da işləyəcək. Yaxın günlərdə qatarlarımız Sabunçu-Zabrat-Pirşağı dairəvi yolla hərəkət edib Sumqayıt sərnişin stansiyasına da dairəvi işləyəcəklər. Bu xətlərdə də ikimərtəbəli sürətli “Stadler” qatarları istismar olunacaq.”
Qatarların stansiyaya çatma vaxtına gəlincə isə N. Əmiraslanov qeyd edib ki, bu müddət cəmi 15 dəqiqə təşkil edəcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova da Sputnik.az-a bildirib ki, Bakı şəhərətrafı dəmiryol xəttinin ümumi uzunluğu 107 kilometrdir. Onun sözlərinə görə, dəmiryol xəttində 14 stansiya və dayanacaq olacaq: “Genişləndirmə işləri Bakı-Sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayı, Saray və Sumqayıt istiqamətlərini əhatə edəcək”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












