Yeni nişanların sürücülər üçün bir əhəmiyyəti olacaqmı?

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir. Qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur. Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır. Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.
Bəs bu yeniliyin sürücülər üçün bir əhəmiyyəti olacaqmı?
Məsələ ilə bağlı yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin MuradlıAzadinform-a danışıb: “Burada söhbət “sarı torlar” dediyimiz, yol ayrıcında çəkilən sarı, torşəkilli boyalardır. Bu ilk dəfə Londonda tətbiq olunmuş mexanizmdir. Uğurlu nəticə verdiyi üçün dünyanın bir çox ölkələrində bu mexanizm tətbiq edilir. Artıq Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə Azərbaycanda da bu addım atılmaqdadır. Bakı şəhərinin bir neçə nöqtəsində çəkilib, təxminən 74 nöqtədə də sarı torların çəkilməsi planlaşdırılır. Onun üstünlüklərindən biri odur ki, sürücülər artıq yol ayrıcında “çaşbaş” vəziyyətdə qalmırlar. Əslində, bu olmadan da hərəkəti tənzimləmək mümkün ola bilərdi. Düşünürəm ki, sürücülər bu nişan ola-ola yol ayrıcının keçmə qaydalarını pozmayacaqlar. İndiyə qədər çox böyük problemlər yaşanırdı. Məsələn, sürücü görür ki, qarşıda sıxlıq var, amma yenə də yol ayrıcına daxil olur, yolu kəsirdi. Bu düzgün deyil. Bu baxımdan effektiv vasitədir. Qanunla tənzimlənməsi yaxşıdır”.
Ekspert əlavə edib ki, digər bir nişan isə işıqforlarla bağlıdır: “Bunun da faydalı bir addım olduğunu düşünürəm. Bu nişanın mahiyyəti ondan ibarətdir ki, yolda təhlükəsizliyi gözləməklə hərəkəti davam etdirə bilərsən. Yəni sağa dönə bilərsən. Əgər, düzünə getməyəcəksə, dəqiqələrlə orada gözləməyin nə mənası var? Ən yaxşı cəhətlərindən biri isə təkcə Bakı şəhərində deyil, bu dəyişikliyin respublika üzrə tətbiq olunmasıdır”.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










