Yeni taksi duracaqlarının tikintisinə başlanacaq

Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq. Avtosfer.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək: "Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mindən artıq deyil. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".
BNA rəsmisinin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib: "Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar nəzərə alınıb. Bura sərnişin axınından tutmuş, təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, məhəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












