Yeni tədris ilində "yaşıl dalğa" tətbiq olunan küçə və prospektlərin siyahısı açıqlandı - FOTO

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Həmin küçə və prospektləri təqdim edirik:
1. Rəşid Behbudov küçəsi;
2. Mikayıl Müşfiq küçəsi;
3. 28 May küçəsi;
4. Yusif Səfərov küçəsi;
5. Məhəmməd Füzuli küçəsi;
6. Həsən bəy Zərdabi küçəsi;
7. Səməd Vurğun küçəsi;
8. Həsənoğlu küçəsi;
9. Ceyhun Hacıbəyli küçəsi;
10. Akademik Həsən Əliyev küçəsi;
11. Əhməd bəy Ağaoğlu küçəsi;
12. Abbasqulu ağa Bakıxanov küçəsi;
13. Şah İsmayıl Xətai prospekti;
14. Mətbuat prospekti;
14. İnşaatçılar prospekti;
16. Fətəli xan Xoyski prospekti;
17. Atatürk prospekti;
18. Azadlıq prospekti;
19. Qara Qarayev prospekti;
20. 8 Noyabr prospekti.
Sürücülərdən xahiş olunur ki, hərəkət zamanı svetofor siqnallarına diqqət yetirsin və “yaşıl dalğa” rejiminə uyğun sürətlə hərəkət etsinlər.

Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












