"Yol hərəkəti təhlükəsizliyinə yanaşmalar kökündən dəyişməlidir" - Ərşad Hüseynov

"Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına yanaşmaları kökündən dəyişməliyik." Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad hüseynov deyib. Onun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyinə belə bir fəlsəfi yanaşma olmalıdır. Yol infrastrukturu, hərəkətin təşkili, xüsusən svetoforlar, nişanlar, xətlər elə tətbiq edilməli və işləməlidir ki:
1. Ən intizamsız və diqqətsiz hərəkət iştirakşısının (piyadanın, sürücünün, velosipedçinin və s.) da səhv edə biləcəyi, qavramayacağı, anlamayacağı məqamlar minimuma ensin;
2. Kimsə səhv edəndə bunun nəticəsi ən minimal zərərdən ibarət olsun.
Ə. Hüseynov bununla bağlı tarixi də xatırladıb. "Hələ Qədim Romadan qalma belə bir aforizm var: "Errare humanum est", yəni səhv etmək insana xasdır, insanın xüsusiyyətidir. Gərək elə edəsən ki, səhv minimum və az zərərli olsun. Ona görə də müasir dövrdə hərəkət təhlükəsizliyinin təmin olunması məsuliyyətin bölünməsi prinsipi üzərində inkişaf edir. Bunun mənası odur ki, yollarda təhlükəsizlik təkcə hərəkət iştirakçılarının davranışından deyil, həm də hərəkəti təşkil edənlərin, infrastrukturu quran, idarə və nəzarət edənlərin ifəaliyyətindən və məsuliyyətindən asılıdır. Baş verən konkret hadisəyə qiymət verərkən təkcə sürücü və piyadanın hərəkətləri deyil, həm də məsul qurumların və vəzifəli şəxslərin işi nəzərdən keçirilməlidir."
Hüquqşünas bildirib ki, qeyd olunanlara nəqliyyat parkının təhlükəsizliyi və buna nəzarət, hərəkət iştirakçılarının, xüsusən sürüclərin maarifləndirilməsi və peşəkarlığın artırılması da daxildir. "Bəhs etdiyim fəlsəfi yanaşma imkişaf etmiş ölkələrdə çoxdan əxz olunub. Hətta indi bu yanaşmanı yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən çox aşağı olan Asiya və Afrika ölkələrində də görürük."
Qeyd edən ki, 2018-ci ilin dekabrında qəbul edilən Dövlət proqramında hüquqşünasın dediyi ideya öz əksini tapıb.
Fərid
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








