Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün işlər görüləcək

Yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması üçün işlər görüləcək Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.
Dövlət Proqramında qeyd edilib ki, əsas məqsəd yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının, habelə ölkə iqtisadiyyatına və ekologiyasına dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görməkdir.
Azərbaycan Respublikasında “təhlükəsiz yol hərəkəti sistemi”ni yaratmaq üçün Dövlət Proqramında yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi, ictimai iştirakçılığın təmin edilməsi planlaşdırılır.
Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün səmərəli maliyyə sisteminin yaradılması, yol-nəqliyyat şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi, qəza təhlükəsi zamanı və qəzadan sonrakı xilasetmə, təcili və təxirəsalınmaz tibbi yardım fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi, yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi, yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin artırılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












