Yol hərəkətinin nizamlanması üçün qanuna iki yeni nişan daxil edilir - FOTO

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün əlavə iki nişan da tətbiq ediləcək. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir. Qanunun 5 saylı Əlavəsinin “1. Üfüqi nişanlanma qrupuna yeni 1.25 nişanlanma xətti (“sarı kəsişmə toru”) təklif olunur. Layihədə bildirilib ki, yolayrıclarının “sarı kəsişmə toru” ilə işarələnməsi həm də sürücülərin bu qayadaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiq edilməsinə imkan verəcək və yolayrıclarında yol nəqliyyat hadisələrinin baş vermə ehtimalını azaldacaq.
Təklif olunan növbəti nişanlardan biri də 5.53 “Daimi sağa dönmə” nişanıdır.
Svetoforun qırmızı işıq bölməsinin sağında (üfüqi yerləşdirilən svetoforda qırmızı işıq bölməsinin solunda) quraşdırılan 5.53 nişanı bu yolayrıcında svetoforun siqnallarından asılı olmayaraq manevr qaydalarına (Başqa istiqamətlərdən gələn gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissəslərini keçməkdə olan və hərəkətinə icazə verilən piyadalara yol verilməlidir) riayət etməklə sağa dönməyə icazə verildiyini bildirir.
Təqdim edilən layihədə yol hərəkətinin səmərəli şəkildə təşkil edilməsi və yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin daha da etibarlı şəkildə təmin edilməsi üçün mühüm müddəalar nəzərdə tutulub.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI














