Yollarda xüsusi elektron məlumat tabloları yerləşdiriləcək – Sürət həddinə görə

Azərbaycanın avtomobil yollarında icazə verilən sürət həddi optimallaşdırılacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Qeyd olunur ki, 2019-2021-ci illərdə yaşayış məntəqələri daxilində nəqliyyat vasitələrinin sürət həddi küçə-yol şəbəkəsinin xüsusiyyətlərinə uyğun optimallaşdırılacaq, digər avtomobil yollarında nəqliyyat vasitələri üçün sürət həddi normalarına yenidən baxılacaq.
Bundan başqa, təhlükəli yol sahələrində sürət həddi meyarları qanunvericilikdə təsbit ediləcək, avtomobil yollarının kateqoriyasını və təhlükəsizlik səviyyəsini nəzərə almaqla sürət həddi optimallaşdırılacaq.
Sənəddə təhlükəli yol sahələrində müəyyən edilmiş sürət həddini aşmaları barədə sürücülərin xəbərdar edilməsi məqsədilə xüsusi elektron məlumat tablolarının yerləşdirilməsi, sürət həddinə nəzarət edən xüsusi texniki vasitələrin səmərəliliyinin təhlilini aparmaqla, onların yollarda dislokasiyasının və sayının optimallaşdırılması, həmin vasitələrin sürət həddini aşmanın daha təhlükəli olduğu yol sahələrində quraşdırılması da nəzərdə tutulur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












