Bakıda yolun qırağında məhəccərlər qırılıb; qurumlardan REAKSİYA YOXDUR - FOTO

Paytaxtın Nərimanov rayonundakı səkidə dəmir məhəccərlərin bir hissəsi qırılıb.
Avtosfer.az xəbər verir ki, Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsində yerləşən səkidəki məhəccərlərə görə bu piyadalar üçün təhlükəli vəziyyət yaranıb. Ərazidən keçən vətəndaşlar bildirib ki, uzun müddətdir qırılmış məhəccər bərpa olunmur.
Sakinlər məsələ ilə bağlı “ASAN müraciət” sistemi vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət ediblər. Lakin qeyd olunan qurumların hər biri problemin həllinin onların səlahiyyətində olmadığını bildirib.


Hazırda əsas sual açıq qalır: bəs bu məhəccəri kim quraşdırıb və onun bərpasına kim cavabdehdir?
Vətəndaşlar aidiyyəti qurumlardan məsələ ilə bağlı dəqiq cavab və təhlükəli vəziyyətin aradan qaldırılmasını gözləyirlər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ onların səlahiyyəti çərçivəsində deyil. Amma Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət olaraq bildirilib ki, Nərimanov Rayon MKTB-nin müraciəti əsasında AAYDA tərəfindən məhəccərin vəziyyəti əvvəlki kimi bərpa edilib.
Eltac Zülfüqaroğlu
Zabratda yeni asfalt çəkilən yolda təhlükəli vəziyyət yaranıb: Sakinlər narazıdır - VİDEO
Bakıda yol nişanı elan lövhəsinə çevrilib: ŞİKAYƏT - FOTO
Sürücülərin NƏZƏRİNƏ: Bakının bu küçəsində yol nişanı dəyişdi - VİDEO
Yol polisinin kol dibində gizlənməsinə icazə verildi – ÖZBƏKİSTANDA
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - Hikmət Babaoğlu
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO












