Banner

Sumqayıtın bu ərazilərində dayanacaq pavilyonu yoxdur - ŞİKAYƏT - FOTO

Yol nişanları 23 Noyabr 2026 21:20
Sumqayıtın bu ərazilərində dayanacaq pavilyonu yoxdur - ŞİKAYƏT - FOTO
WhatsApp kanalımıza abunə olun

Sumqayıt sakinləri yaşadıqları əraziyə yaxın yerlərdə dayanacaq pavilyonlarının olmamasından narazıdırlar.

Avtosfer.az xəbər verir ki, şəhərin Səməd Vurğun küçəsinin mərkəzə yaxın hissələrində dayanacaq pavilyonları olmasına baxmayaraq, şəhərdən kənarda, Kotej qəsəbəsi və Xəzər bağları yaxınlığında dayanacaqlar üçün infrastruktur yoxdur.

İnşaatçılar, 1-ci paralel və digər küçələrin Səməd Vurğun küçəsi ilə kəsişməsində ümumiyyətlə dayanacaq pavilyonları yoxdur. Sakinlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin uzun illər bu məsələni həll etməməsindən narazıdır.

Ərazidə yaşayan SOCAR işçiləri və şəhərin digər hissələrində işləməyə üz tutan vətəndaşlar yağıntılı havalarda pavilyonların olmamasının çətinlik yaratdığını bildirir. Sakinlər Azərbayacan Yerüstü Nəqliyyat Agentliyi və digər aidiyyəti qurumları mövcud problemin yaxın müddətdə həllini istəyir.

Səfər

Oxunub : 50
ŞƏRH YAZ
Ad

E-mail

Şərh