Banner

Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO

Yol nişanları 2 Noyabr 2026 10:00
Sürücülərə şad xəbər: Cəriməyə səbəb olan nişan dəyişdirildi - VİDEO
WhatsApp kanalımıza abunə olun

Bakıda sürücülərin kütləvi şəkildə qayda pozuntusuna yol verdikləri küçədə hərəkətin təşkilinə dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Dilarə Əliyeva küçəsilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsindən gedir. Belə ki, sözügedən kəsişmədə əvvəllər quraşdırılmış 2.5 "stop" nişanına əksər sürücülər məhəl qoymurdular. Ərazidə quraşdırılmış kamera vasitəsilə nişanın tələbini pozan sürücülər məsuliyyətə cəlb edilirdi. Edilən dəyişikliyə əsasən 2.5 "stop" nişanı 2.4 "yol ver" nişanı ilə əvəzlənib.

Hazırda həmin kəsişmə yerində mütləq dayanmağa ehtiyac yoxdur. Baş yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməyən sürücülər 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

bax.tvhttps://player.bax.tv/embed/228393.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

 

 

Oxunub : 202
ŞƏRH YAZ
Ad

E-mail

Şərh