Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO

Şəkidə yolun hərəkət hissəsində aparılan təmir işlərinin yarımçıq saxlanılması sürücülər üçün ciddi çətinlik yaradır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə ərazidən keçən sürücülərdən biri sosial şəbəkə hesabında paylaşım edib.
Kadrlardan görünür ki, yolun hərəkət hissəsində bir neçə yerdə asfalt-beton örtüyünün dağılmış hissələri var. Həmin ərazilər xəbərdarlıq lenti ilə əhatəyə alınsa da, sürücülərin təhlükəli hissələr barədə əvvəlcədən məlumatlandırılması üçün xəbərdaredici nişanların və istiqamətləndirici nişanlanmanın olmadığı görünür.
Bu isə sürücülərin sözügedən hissələrə yaxınlaşarkən qəfil manevrlər etməsinə səbəb olur. Belə ki, onlar gah sağa, gah sola manevr edərək əks istiqamətli yola çıxmalı olurlar.
Xüsusilə gecə saatlarında yolun bu vəziyyətdə olması təhlükəni daha da artırır. Ərazini tanımayan sürücülər üçün isə belə maneələr qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Şahidlərin iddiasına görə, sözügedən mənzərə artıq bir neçə aydır davam edir. Bildirilir ki, yolun asfalt örtüyü yenilənsə də, hərəkət hissəsində yaranmış bu maneələr aylardır aradan qaldırılmayıb.
Aidiyyəti qurumların sürücülərin təhlükəsizliyinin təmin olunması üçün ərazidəki problemin aradan qaldırılması və zəruri yol nişanlarının quraşdırılması istiqamətində tədbir görməsi vacibdir.
Nərmin
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO
Stop-xətt nədir? Yollarda bu nişanlanma xəttinin tətbiqi niyə vacibdir? - AÇIQLAMA
Neftçalada solmuş “STOP” nişanı sürücülər üçün problem yaradır - FOTO
Bu yolda hər an qəza baş verə bilər: Nişanlar görünmür - VİDEO
Bakıda bu küçələrdəki "zebra"lar yenilənəcək - RƏSMİ
Yeni Günəşlidə yol nişanlanması ilə bağlı şikayət: AYNA iddialara cavab verdi - VİDEO
Nizamidə ağaclar "Yol ver" nişanının qarşısını kəsən ağaclar bundandı – FOTO - VİDEO
Xırdalanda təhlükəli piyada keçidləri: Aidiyyəti qurumlar nəyi gözləyir? - VİDEO
Yasamala quraşdırılmış bu nişana heç kim əməl etmir: Səbəbi budur - VİDEO
Ağacın arxasında qalan nişan sürücülərin qayda pozmasına səbəb olur - VİDEO










