Təhlükəsizlik üçün quraşdırılan dəmir və beton sədlər təhlükə mənbəyinə çevrilib – VİDEO

Bir neçə gün əvvəl Bakı-Ələt avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, qəza üç nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnib. Onlardan biri – 90-OU-914 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Zərbənin gücündən məhəccərin bir hissəsi avtomobilin ön hissəsindən daxil olaraq yan tərəfindən çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Əslində, yol kənarlarına quraşdırılan dəmir məhəccərlərin əsas funksiyası qəza zamanı nəqliyyat vasitələrinin əks yola çıxmasının qarşısını almaq və zərbənin təsirini mümkün qədər azaltmaqdır. Təəssüf ki, ölkəmizdə istifadə olunan bu məhəccərlər çox zaman effektiv olmur və əksinə, əlavə təhlükə mənbəyinə çevrilir. Bu səbəbdən son illərdə magistral yollarda dəmir məhəccərlər əvəzinə beton sədlər quraşdırılmağa başlanıb.
Lakin bu sahədə də ciddi problemlər qalmaqdadır. Beton sədlərin layihələndirilməsi və quraşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi tam şəkildə nəzərə alınmır. Nümunə üçün təqdim etdiyimiz videoda da aydın şəkildə görünür ki, xarici ölkələrdə beton sədlərin alt hissəsi asfaltın içinə salınır. Qəza anında avtomobilin təkəri maili hissəyə toxunaraq nəqliyyat vasitəsini təhlükəsiz şəkildə yenidən yoluna qayıtmasını təmin edir.
Bizim avtomobil yollarında isə vəziyyət fərqlidir. Beton sədlər asfaltın üzərinə yerləşdirildiyindən qəza zamanı təkərlər maili hissəyə deyil, səddin alt kənarına çırpılır. Bu isə avtomobilin idarəetmədən çıxmasına və daha ağır nəticələrə gətirib çıxarmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, bu cür texniki nöqsanlar aradan qaldırılmadığı təqdirdə, yol infrastrukturundakı təhlükəsizlik elementləri əksinə, qəzalarda əlavə risk amilinə çevriləcək.
Sonda qeyd etmək lazımdır ki, yol hərəkəti təhlükəsizliyi təkcə sürücülərin qaydalara əməl etməsindən deyil, həm də yol infrastrukturunun texniki cəhətdən düzgün və təhlükəsiz şəkildə qurulmasından asılıdır. Hər bir detal — məhəccər, sədd, nişan və s. insan həyatının qorunmasında mühüm rol oynayır.
Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.

Müəllif: Səfər Əlizadə
Təbriz küçəsində təhlükəli mənzərə: Təmir ərazisində yol nişanları niyə yoxdur? - VİDEO
Sürücülərin çoxu bu yol nişanının mənasını bilmir – DİQQƏTLİ OLUN!
Bu yolda nişanlar dəyişdirildi: Cərimə oluna bilərsiniz - VİDEO
Dəyişiklik nələrə səbəb oldu?: Çaşqınlıq yaradan vəziyyət - VİDEO
8 Noyabr prospektində sürücülər nişanı saymayıb yolayrıcında xaos yaradırlar - VİDEO
Minik maşınlarının bu yola girişi qadağan edildi: 3 bal 100 manat cəriməsi var - VİDEO
Bu yolda sağ zolaqla hərəkət edən sürücülərin diqqətinə: Cərimə yazıla bilər - VİDEO
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat 2 bal CƏRİMƏ - VİDEO
Şəkidə yarımçıq təmir sürücüləri əks yola çıxmağa məcbur edir: “Sağ-sol” edib keçirlər - VİDEO
Yeni çəkilən zolaq sürücülərə çətin anlar yaşadır - VİDEO
Naxçıvanda sürücülər üçün tələ: Yol çöküb, nişan yoxdur - VİDEO












