Aydın Xan Əbilov polisi dəstəklədi, qara qüvvələri sərt tənqid etdi…

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı/direktoru, www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, “Ədəbiyyat qəzeti” redaksiyasının şöbə redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq, ictimai və mədəniyyət xadimi, tanınmış TV eksperti Aydın Xan Əbilov son günlər İmişli şəhərində baş vermiş hadisələrlə bağlı fikirlərini paylaşıb.
İmişli şəhərində baş verən gözlənilməz avto-qəza təəssüf doğuran olaydır: hadisə nəticəsində, dünyasını dəyişənlərə rəhmət, yaralananlara şəfa, valideynlərə və qəzəblənmiş doğmalarına səbr arzulayırıq…
Ölkədə yüzlərlə, dünyada yüzminlərlə belə avtoqəza baş verir, heç kim bundan sığortalanmayıb, və kimsə də istəməz ki, baş versin. DYP əməkdaşları xidməti maşınında boş yolda, heç kimi qovmadan, başqa maşını təqib etməyərək, operativ nəqliyyat vasitəsinin bütün siqnallarını işlədərək, düz yolda gedən zaman, yol hərəkəti qaydasını pozan başqa bir mülki nəqliyyat vasitəsinin sürücüsünün diqqətsizliyi nəticəsində qəzaya düşür.
Verilən məlumata görə, dayısının maşınını qaçırmış təcrübəsiz yeniyetmənin günahı ucbatından hadisə baş verir. Güman ki, xidməti tapşırığı xüsusi rabitə vasitəsi, daha çox isə smartfonla aldığı bir anda bu faciə ilə nəticələnən hadisə – idarəetməni itirməklə ciddi fəsadlarla nəticələnən avtoqəza baş verir.
Əlbəttə, dövlət qurumları qəzaya qiymət verəcəklər, fəqət, insanların faciəsi və kədəri üzərində alver edən siyasi və sosial media dəllaları fursətcillik edib yenə qəzəb püskürməyə başladılar. Onlar unudurlar ki, polis və hüquq-mühafizə orqanlarının nümayəndələri olmasa, küçələrimizdə belə qanlı hadisələrin sayı-hesabı olmaz. Üstəlik də polisimizin ciddi nəzarəti olmasa, oğrular gecə çoxlarının evlərini yarar, hətta qorxmadan, nələri varsa, alt paltarlarına qədər, oğurlayarlar.
XX əsrin sonunda ölkəmizdə davamlı olaraq baş verən o cür hərc-mərcliyi nə tez unutdular?!
DYP-nin xidməti avtomobilinə xəsarət yetirən qəzəbli kütlə isə unutmamalıdır: o maşınlar elə sizin vergi və dövlət büdcəsinə ödədiyiniz vəsaitlə alınır. Əzdiyinizin yenisini almaq üçünsə, dövlət və xalqın vəsaitini xərcləməli olacağıq. Üstəlik də xidməti nəqliyyat vasitəsinin nə günahı, səbəbkar və günahkar məgər cansız, dəmir maşındır? Sabah o hadisələrə təhrik edilmiş cavanlar həbs edilərək qanun qarşısına çıxarılanda, monitor əjdahaları başqa havalar çalacaq: kimsə özünə əziyyət verib bu təcrübəsiz gəncləri müdafiə etməyəcək…
XX və XXI əsrdə göyərtisatanın ölümünü bəhanə gətirib ərəb dünyasını dağıtdılar, xəstə qadının döyülməsini əsas götürüb İranın bütün gücünü məhv etdilər (Fələstin, İraq, Suriyadakı qollarını kəsdilər). İndi isə fürsətdən yararlanıb bizim insanları uçuruma itələmək istəyənlər tapılır. Amma bura savadsız ərəb toplumu, yaxud dinə bürünmüş fars-İran cəmiyyəti də deyilik.
Burası Azərbaycan və 44 günlük qəhrəmanlıq yürüşü edən igidlər məmləkətidir. Bu torpaqları ona görə bütövləşdirmədik ki, hansısa gədə-güdələr xarici və daxili düşmənlərin əmrinə, müftə pul qazanmaq eşqinə düşüb bizim insanı öz doğma polisinə qarşı qaldırsın.
Unutmayaq: hər iki Qarabağ müharibəsindən ön cəbhədə igid polislərimiz Vətənin azadlığı uğrunda şəhid və Qazı oldular!
P.S. Səbirli olaq, hüquq-mühafizə orqanlarının istintaqının son nəticələrini gözləyək, qəza qurbanlarının yanında olaq, dövlətimiz kimi…
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət - Qaydalara ciddi əməl edin!
DYP əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Avtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ
Saatlıda narkotik çəkib sükan arxasına keçən sürücülər SAXLANILDI - FOTO
Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
Motosiklet sürücülərinin törətdiyi qəzaların görüntüləri – ANBAAN VİDEO
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTO
Abşeronda tapılan nitq qüsurlu uşaq valideynlərinə təhvil verilib - YENİLƏNİB










