Banner

Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib - FOTO

Yol polisi 26 Noyabr 2026 12:23
Qubada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik tədbir keçirilib  - FOTO
WhatsApp kanalımıza abunə olun

Qubada yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində profilaktik tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, Qubada polis tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib.

Tədbir zamanı sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına ciddi riayət etməyin, sürət həddini aşmamağın, təhlükəsizlik kəmərindən istifadə etməyin və sükan arxasında diqqətli olmağın vacibliyi izah edilib.

Həmçinin, nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirilməsi, nasaz avtomobillərin istismarına yol verilməməsi ilə bağlı sürücülərə xəbərdarlıqlar edilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi bildirilib.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.

Eltac

FOTO QALEREYA
Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh